atlantik deklarasiyasi

ABŞ və Böyük Britaniya Rusiya və Çinə qarşı “Atlantik Deklarasiyası” adlı yeni strateji pakt qurulduğunu elan etdi. Deklarasiyada nəzərdə tutulan əsas müddəalar müdafiə, nüvə enerjisi, strateji təchizat məsələləri üzrədir.

Bu deklarasiya mahiyyət etibarilə Rusiya və Çinə qarşı soyuq müharibənin elanıdır? Deklarasiyanın coğrafiyası genişlənə bilərmi? Moskva və Pekinin bu deklarasiyaya cavabı necə olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, “Atlantik Deklarasiyası” yeni bir hadisə deyil:

tural ismayilov 1

Tural İsmayılov

“Düzdür, pakt kimi elan edilməsi ilk olsa da belə bir layihə illərdir var və bənzər formada sazişlər əvvəlki illərdə imzalanıb. Prinsip etibarilə bu pakt anqlo-sakson paktı da adlanır.

Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə və Çinin bu müharibəyə verdiyi dəstək ABŞ və Böyük Britaniyanı eyni dərəcə narahat edir. Bundan başqa rəsmi Pekinin iqtisadi və hərbi sahədə sürətlə böyüməsi anqlo-sakson bloku üçün təhdid riskləri artır.

Diqqət etsəniz, deklarasiyada nəzərdə tutulan əsas müddəalar müdafiə, nüvə enerjisi, strateji təchizat məsələləri üzrədir. Bütün bu məsələlər isə hazırda həm Pekin, həm də Moskvanın gündəliyindədir.

Hesab edirəm həm də “Atlantik Deklarasiyası” adlı yeni strateji pakt Çinin artan ekspansiyasına qarşı ciddi müqavimət olacaq. Mümkündür ki, gələcəkdə bu pakta üzv olan ölkələrin sayı və təbii olaraq coğrafi təsir dairəsi artsın. Bu isə faktiki yeni soyuq müharibənin xəbərçisidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: