Rusiya Ukrayna şəhərlərinə raket atdı: ölən var

Rusiya Ukraynanın Sumı və Krivoy Roq şəhərlərinə raket zərbələri endirib, ölən və yaralananlar var.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.

Məlumata əsasən, azı 1 nəfər ölüb və xeyli sayda xəsarət alan var, yaralıların sayı dəqiqləşdirilir.

Qeyd olunub ki, hazırda dağıntılar altında qalan insanların xilas edilməsi istiqamətində işlər aparılır.