Rusiya Ukraynadakı xüsusi hərbi əməliyyatlarını (XHƏ) Volodimir Zelenski öz səhvini tam olaraq anlayana qədər davam etdirəcək.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
O, vurğulayıb ki, bu baş verənə qədər Moskva öz məqsədlərinə siyasi və diplomatik yollarla deyil, hərbi yolla nail olacaq.
Rusiya prezidenti Vladimir Putin daha əvvəl bildirib ki, Kiyev kompromislərə razılaşarsa, Ukraynadakı xüsusi əməliyyat tezliklə başa çatacaq. O, Rusiya və ABŞ- ın Ankoricdə müzakirə etdiyi şərtlərə istinad edib.
Tahir Turan
Globalinfo.az