Rusiya-Ukrayna müharibəsi tezliklə başa çatır? – İlkin tarix açıqlandı

 

ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hayns Rusiya qoşunlarının Ukraynada tədricən irəlilədiyini və müharibənin tezliklə bitəcəyini deyib. Avropa Birliyinin baş diplomatı Jozep Borrell də bildirib ki, Qərb yardımları dayandırsa, Ukraynadakı savaş 2 həftəyə bitəcək.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Turab Rzayev deyib ki, hazırda Rusiya ordusunun nisbi üstünlüyü var:

“Rəsmi Moskva addım-addım müəyyən irəliləyiş əldə edir. Doğrudur, Avdeyevkadan sonra dərin strateji əhəmiyyəti olan bir yer tuta bilməyib. O daxili silah istehsalı ilə ordusunu daim mərmi, artilleriya və s. ilə təmin edir. Rusiyanın hərbi üstünlüyü var. Ukraynaya isə Qərbdən silah və maliyyə yardımları gəlmir. Bu da ordunun zəifləməsinə səbəb olur”.

Politoloqun fikrincə, əsas məsələ ABŞ-ın göndərdiyi yeni yardım paketi vasitəsilə silahlanmanın kifayət edib-etməyəcəyidir:

“ABŞ-ın etirafından məlum olur ki, silahlanma bəs etmir. Oyunu dəyişdirən məsələ aviasiyanın verilməsi ola bilər. Rusiyanın əsas üstünlüyü də budur. Ukrayna həmin hücumların qarşısını almaq üçün hava müdafiə sistemi quraşdırdı. Rəsmi Kiyevə silah yardımı edilməzsə, uğurlu əks-hücum əməliyyatı apara bilməyəcək”.

Safura Bənnayeva
Globalinfo.az