Tramp zelenski kilse 4243

ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Rusiya lideri Vladimir Putinlə danışıqlar aparacağını açıqlayıb. O, Ukrayna ilə Rusiya arasında münaqişənin həll edilməsi ilə bağlı addımlar atacağını bildirib.

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Tramp Rusiya-Ukrayna müharibəsini dayandıracaq gücdə deyil:

“O, müxtəlif bəyanatlar versə də, tərəfləri sülhə məcbur etməyə çalışsa da, hətta hər iki ölkənin lideri ilə birbaşa görüşsə də, bu, real nəticə vermir. Müharibə şiddətlə davam edir. Rusiya işğalı genişləndirir, Ukrayna isə işğala məruz qalır, infrastrukturu dağılır. Düzdür, Kiyev əks-hücumlarla itirdiyi əraziləri geri almağa çalışsa da, bu o qədər də effektiv olmur”.

Politoloq xatırladıb ki, Tramp seçilməzdən əvvəl münaqişəni 100 günə bitirəcəyini açıqlamışdı:

“Tramp indi də ümidverici vədlərlə çıxış edir. Çünki onun seçki öncəsi ən böyük vədlərdən biri məhz Rusiya-Ukrayna müharibəsini bitirmək idi. Amma buna nail ola bilmir və etiraf etmək də istəmir. Əvəzində belə açıqlamalarla gündəmdə prosesi gündəmdə saxlamağa çalışır. Hər halda ABŞ lideri danışıqların davam edəcəyini deyir. Reallıq fərqli olsa da, prosesin davam etməsi müəyyən gözlənti yaradır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: