erdogan putin

“Rusiya hələ də Türkiyə ərazisindən çəkiləcək qaz tədarükü layihəsinin reallaşdırılması imkanlarını nəzərdən keçirir”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O, işin Türkiyədə qaz qovşağının yaradılması planları çərçivəsində aparıldığını bildirib:

“Alternativ marşrutlar var. Siz bilirsiniz ki, Türkiyədə qovşağın yaradılması üçün müvafiq planlar mövcuddur. Bunu nəzərə alaraq iş aparılır”.

Qeyd edək ki, Kiyev hakimiyyəti bu il Rusiya qazının Ukrayna ərazisindən keçməsi üçün icazənin uzadılmasına razılıq verməyəcəyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: