İrana zərbə olacaqmı? – Trampdan müəmmalı açıqlama

6852ca7b92533e6143c45dc0

“Bir həftə əvvəllə indi arasında böyük fərq var. Kimsə mənim nə edəcəyimi bilmir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

İran və nüvə obyektlərinə mümkün hücum barədə suallara cavab verməkdən imtina edən Tramp iranlıların danışıqlar üçün Ağ Evə gəlmək istədiklərini bildirib, lakin təfərrüatları açıqlamayıb.

“Onlar bizimlə əlaqə saxladılar, amma məncə, artıq danışmaq üçün çox gecdir.”, – deyə o qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az