Rusiya Şərqi Avropadakı mühüm dayağını itirdi

FILE PHOTO: Moldovan Deputy Prime Minister Andrei Spinu speaks during a news conference in Chisinau, Moldova November 1, 2021. REUTERS/Vladislav Culiomza

Moldova tarixində ilk dəfə Rusiya qazını almaqdan tam imtina edib.

Globalinfo.az xəbər verir ki, bunu Moldova baş nazirinin müavini Andrey Spınu deyib.

Onun sözlərinə görə, Moldova hakimiyyəti keçən ildə tədarükçülərin diversifikasiyasını həyata keçirirdi ki, yalnız bir mənbədən asılı olmasın.

Nazir müavini bundan sonra Kişinyovun “Qazprom”dan yox, “Energocom” şirkətindən qaz alacağını söyləyib.

O bu şirkətin əsas təminatçısının hansı ölkə olduğunu açıqlamayıb.