Rusiya Ədliyyə Nazirliyi “xarici agentlər”in reyestrini yeniləyib.
Globalinfo.az xəbər verir ki, yenilənən siyahıya “Novaya vkladka” nəşri, “Dozor v Volqoqrade” layihəsi, “Hamı üçün İsveçrə” təşəbbüsü, eləcə də azərbaycanlı jurnalist Ruslan Süleymanova məxsus televiziya kanalı “Misra TV” daxil edilib.
Daha əvvəl Rusiya Azərbaycan vətəndaşı, şərqşünas Ruslan Süleymanovu “xarici agentlər” siyahısına daxil edib. O, Azərbaycan Diplomatik Akademiyası (ADA) və CBC-Azerbaijan telekanalı ilə əməkdaşlıq edir.
Qeyd edək ki, Rusiyada “xarici agentlər” haqqında qanunvericilik 2012-ci ildən qüvvədədir. Həmin qanun Ədliyyə Nazirliyinə xaricdən maliyyələşmə alan və siyasi fəaliyyətlə məşğul olan qeyri-kommersiya təşkilatlarını “xarici agent” kimi tanımaq səlahiyyəti verir.
Tahir Turan
Globalinfo.az