Rus əsgərləri döyüşə bu maddə ilə girirlər – Ukrayna

“Rus ordusunda əsgərlərə narkotik vasitə verilir ki, hücuma razı olsunlar”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

“Rusiya ordusu getdikcə Kremlin məqsədləri üçün ölməkdən imtina edir və “ət” hücumlarına girmək istəmir. 7-ci HHM-in 108-ci Hava Desant alayının şəxsi heyətinə narkotik və psixotrop maddələr sistemli şəkildə verilir. Çünki həmin vasitələr küt ağrıları azaldır. Lakin eyni zamanda reallıq hissini məhv edərək ölümə aparır”, – məlumatda bildirilir.

Zaira Akifqızı
Globalinfo.az