Rusiya Ermənistandan balıq tədarükünə qoyulan məhdudiyyətləri genişləndirəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun kuluarlarında jurnalistlərə Balıq Yetişdirmə üzrə Federal Agentliyin rəhbəri İlya Şestakov deyib.

Onun sözlərinə görə, Rusiya artıq Ermənistandan diri balıq idxalına məhdudiyyətlər tətbiq edib:

“Lakin baytarlıq təhlükəsizliyi ilə bağlı əlavə risklər müəyyən edilərsə, yeni məhdudiyyətlər də gündəmə gələ bilər.

Ermənistan Rusiyaya həm diri, həm də dondurulmuş balıq, xüsusilə alabalıq ixrac edir və bu sahədə müəyyən həcm artımı müşahidə olunub”.

Şestakov həmçinin vurğulayıb ki, Rusiyanın daxili bazarında alabalıq istehsalı kifayət qədərdir və mümkün idxal azalmalarının bazara ciddi təsir etməyəcəyi gözlənilir:

“Rusiya tərəfi ehtiyac yaranacağı halda tədarüklərin Türkiyə də daxil olmaqla digər ölkələrlə əvəz edilə biləcəyini də istisna etmir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: