“Biz Rusiya ərazisində bufer zona yaratmışıq”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, ruslar Ukrayna ərazisində bufer zona yaratmağa çalışsalar da, bunun əksi baş verib.

“Biz Rusiya ərazisində sərhədimizin yaxınlığında bufer zonası yaratdıq. Kursk əməliyyatı bunun bariz nümunəsidir. Biz öz mövqelərimizi qoruyub saxlayırıq və düşmənin torpağımızda müharibəni genişləndirməsinə imkan vermirik”.

Zelenski həmçinin Birləşmiş Ştatların Ukraynaya pilotsuz uçuş aparatlrının istehsalı üçün 800 milyon dollar verəcəyini də diqqətə çatdırıb.

“Ukrayna pilotsuz təyyarələrinin istehsalı üçün daha bir maliyyə paketi hazırlanır. Onun məbləği 800 milyon dollardır. Ukrayna bu dəstəyə görə minnətdardır. Biz istəyirik ki, dünyadakı istənilən siyasi təhdidlərə baxmayaraq Ukrayna ardıcıl olaraq öz suverenliyini, müstəqilliyini müdafiə edə bilsin”, – Zelenski vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: