15684 1569239158

İyulun 21-də axşam saatlarında Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 25 ədəd pilotsuz uçuş aparatını məhv edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, hücumlar Moskva vaxtı ilə saat 16:00-dan 22:00-dək davam edib.

Nazirliyin məlumatına görə, 12 PUA Rostov vilayətində, 8-i Bryansk vilayətində, 2-si Kaluqa, 2-si Moskva vilayətində və digəri isə Krım üzərində vurulub.

Qeyd edək ki, iyulun 20-nə keçən gecə Rusiya hava hücumundan müdafiə sistemləri ölkənin müxtəlif bölgələrində 93 pilotsuz uçuş aparatını zərərsizləşdirmişdi. Onlardan 19-u Moskva vilayətində, 38-i Bryanskda, 11-i Kaluqa, 8-i Tula vilayətində vurulmuşdu.

Müdafiə Nazirliyi qeyd edib ki, hava hücumundan müdafiə qüvvələri mütəmadi olaraq Ukraynadan gələn PUA hücumlarını dəf etməkdə davam edir.

Tahir Turan
Globalinfo.az

Paylaş: