Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinin binasındadır.
Globalinfo.az xəbər verir ki, rus səfirin XİN-ə çağırılması Laçın yolunda baş verən son hadisələrlə bağlıdır.
Belə ki, ərazidə baş vermiş insidentlə bağlı səfirə kəskin narazılıq çatdırılıb.
Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması və vəziyyəti düzəltmək üçün bütün lazımi tədbirlərin görülməsi ilə bağlı müraciət edilib.
Rusiyalı diplomata nota verildiyi iddia edilir.
Qeyd edək ki, ötən gün S.Kopırkin ermənilərin etirazı fonunda verdiyi açıqlamasında Rusiya sülhməramlılarının Qarabağda alternativinin olmadığını bildirmişdi.