Rus politoloqdan Şuşa aksiyası haqda ŞOK PROQNOZ: Proseslər buna doğru gedir

Laçın yolunda baş verənlərlə bağlı sual ilk növbədə Ermənistan Baş naziri Nikol Paşinyana ünvanlanmalıdır. Ona Qarabağ, Rusiya ilə münasibətlər, KTMT lazımdırmı?

Globalinfo.az xəbər verir ki, bunu erməniyönlü rusiyalı politoloq Yevgeni Satanovski Şuşada azərbaycanlı ekofəalların keçirdiyi aksiya haqda danışarkən deyib.

“Ermənistan bundan sonra təkcə Qarabağı yox, öz dövlətçiliyini də itirsə, bunun günahı Paşinyanı rəhbər seçənlərdədir. Paşinyanın yerinə Ermənistanı heç kim idarə etməyəcək, o cümlədən Putin də onu Moskvadan devirməyəcək. Biz SSRİ deyilik”, – o bildirib.

Satanovski Paşinyanın Rusiyanı çətin vəziyyətdə qoymaq istədiyini söyləyib:

“Sabah fransızlar və amerikalılar söz versələr ki, hər şey yaxşı olacaq, o zaman Paşinyan məmnuniyyətlə Rusiya sülhməramlılarından xilas olar. Onun addımları erməniləri bu prosesə aparır. Lakin belə vəziyyətdə Qarabağ olmayacaq. Üstəlik, bundan sonra Ermənistanın varlığı da sual altına düşür”.

Kremlə yaxınlığı ilə seçilən ekspertin sözlərinə görə, 2020-ci il müharibəsində Ermənistanın üzləşdiyi təhlükəsizlik problemlərinin əsas səbəbkarı məhz İrəvandır:

“Ermənistanın adekvat tərəfdaşa sahib olmadan erməniləri qoruması çox çətindir. Digər tərəfdən, Ermənistanda Rusiyanın onlara lazımi hərbi-siyasi dəstəyi göstərməməsindən narazıdırlar. Baxın, indi Rusiya ərazisinə zərbələr endirilir. Rusiya Ermənistandan hansı yardımı alıb? Yaxşı, Ermənistanda səfərbərlik elan edilib? Erməni diasporu hərbi texnika və silaha neçə milyard pul xərcləyib? Cavab verirəm: Rusiyanın verdiklərindən iki dəfə az… Bunun qarşılığını rəsmi İrəvan və erməni küçələrindən xoş olmayan şərhlərlə almışıq. Rusiya İrəvana dəstək vermədiyi gün Ermənistan qalmayacaq. Bu fakt Ermənistanda kiməsə aydındır? Ermənistan mövcud olmayacaq”.

Gülnar Səlimova
Globalinfo.az