Rusiyanın Ukraynada məğlubiyyəti Avrasiya məkanında ciddi destabilizasiya yaradacaq və dondurulmuş konfliktləri yenidən aktivləşdirəcək.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Trenin bu gün İrəvanda keçirilən “Ermənistan və Rusiya-Qərb qlobal qarşıdurması: 2022-ci ilin yekunları” konfransında çıxışı zamanı deyib.
“Ukrayna konfliktindən Avrasiya, o cümlədən Qafqazda çox şey asıldır. Rusiyanın qələbəsi halında Avrasiyada vəziyyət daha stabil olacaq. Qələbə Rusiyaya sistem formalaşdıran güc kimi çıxış etməsinə imkan yaradacaq. Əgər bu baş verməsə, bizi həm də Cənubi Qafqazda yeni konfliktlər və qeyri-stabilliklər gözləyir” – deyə o bildirib.
Trenin Rusiyanın məğlubiyyəti halda bir sıra konfliktlərin o cümlədən Abxaziya və Cənubi Osetiyadakı vəziyyətin kəskinləşəcəyini, Ermənistan ətrafında da situasiyanın pisləşəcəyini deyib. Ekspert Rusiyanın bundan sonra Ermənistanda baş verənləri diqqətlə izləyəcəyini söyləyib. Bununla belə o, Rusiyanın nə SSRİ, nə də Rusiya İmperiyası olduğunu və onları bərpa etmək fikrinin olmadığını vurğulayıb. Trenin buna görə də 150 il əvvəl Moskva üçün önəmli olan regionların əhəmiyyətinin indi fərqli olduğunu və bunun da Rusiyanın davranışlarının dəyişməsinə gətirib çıxaracağını bildirib.
İlkin
Globalinfo.az