ABŞ Prezidenti Donald Tramp gələn həftə Nyu Yorkda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə bilər.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Təl-Əvivdən Dohaya uçmazdan əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Trampın Zelenski ilə çoxlu telefon danışıqları və görüşü olub. BMT Baş Assambleyasının 80-ci sessiyasının tədbirində yenə görüş olacaq”, – deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl D.Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında ABŞ-ın iştirakı ilə üçtərəfli görüş çərçivəsində danışıqların nisbətən tezliklə baş tutacağını demişdi.
Əliyar Xəlil
Globalinfo.az