Rəisinin ölümü Azərbaycanla İran arasındakı son razılaşmalara necə təsir edəcək? – VİDEO

Mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyevlə İran dövlət başçısı İbrahim Rəisinin iki ölkə sərhədində görüşü son ayların ən ciddi siyasi hadisəsi oldu. Bu görüş iqtisadi layihələr üçün təşkil edilsə də daha çox geopolitik məzmun daşıyırdı. 

Prezidentlərin bu coğrafiyada, belə mehriban şəkildə bir araya gəlmələri, media üçün açıqlamaları yeni mərhələnin başlanğıcının əsasının qoyulması anlamına gəlirdi. Görüşdən çıxan nəticə bu idi: artıq Bakı və Tehran arasında gərginlik öz yerini yaxınlaşmaya, əməkdaşlığa verir.

Təəssüf ki, görüşdən qayıdarkən İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter qəzaya düşdü və o, həmçinin bir neçə rəsmi şəxs həlak oldu.

Baku TV-nin hazırladığı süjetdə bu suala cavab axtarılır: Rəisinin ölümü iki ölkə arasında başlayan yaxınlaşmaya mənfi təsir göstərə bilərmi?

Aparıcı Turan İbrahimovun təqdimatında efirə gedən verilişdə bu suallara Əməkdar jurnalist Azər Ayxan və siyasi şərhçi Asif Nərimanlı cavab verir: