İslandiyada fövqəladə vəziyyət elan edildi

İslandiyanın Reykjanes yarımadasında vulkan püskürməsindən sonra ölkənin cənubunda fövqəladə vəziyyət elan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, lava əhalisi təxliyə edilmiş kiçik Qrindavik şəhərinin şərqinə çatıb.

Qeyd edək ki, vulkan püskürməsi dünən yerli vaxtla saat 20.00-da başlayıb. İslandiya Meteorologiya İdarəsi püskürən lavanın həcminin və lava axınının sürətinin hazırda azalmasının müşahidə olunduğunu açıqlayıb. İslandiyanın mülki müdafiə qurumunun direktoru Vidir Reynisson lava axınına qarşı mümkün olan hər şeyin edildiyini, ancaq ən böyük narahatlığın lavanın infrastruktura təsir ilə bağlı olduğunu qeyd edib.