Rəisi hökumətə səsləndi: İsrail bu addımı atmağa çalışacaq

“İsrail İran iqtisadiyyatını məhv etməyə çalışacaq”.

Globalinfo.az xəbər verir ki. bunu İran Prezidenti İbrahim Rəisi deyib.

Rəisi bu cür planların  zərərsizləşdirilməsi üçün ölkənin idarəetmə orqanları ilə icra hakimiyyəti arasında səyləri ikiqat artırmağın və fəaliyyətlərin əlaqələndirilməsinin vacib olduğunu vurğulayıb.

“Silahlı qüvvələrin İsrailə zərbəsindən sonra düşmən iqtisadiyyatı məhv etməyə, insanların həyat səviyyəsinə xələl gətirməyə çalışacaq. Buna görə də, səyləri ikiqat artırmaq lazımdır”, – prezidentin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Əliyar Xəlil
Globalinfo.az