Rasim Məmmədov Əvəz Zeynallı haqda rəsmi ifadə verdi: “…cinayətkardır”

 

“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədov məhkəmədə Əvəz Zeynallının barəsində ifadə verib. O, jurnalistin onun ailə üzvlərini təhdid etməsini deyib. 

Globalinfo.az bildirir ki, bu haqda jurnalist Eynulla Fətullayev Facebook hesabında məlumat paylaşıb. Həmin paylaşımı təqdim edirik.

“Rasim Məmmədov jurnalist Əvəz Zeynallının işi ilə bağlı rəsmi ifadə verdi: “Məni və ailə üzvlərimi təhdid edib, pul tələb edib. Jurnalist deyil, cinayətkardır””.

 

Xatırladaq ki, “Xural” tv-nin rəhbəri Əvəz Zeynallı Rasim Məmmədovun ailəsindən 20 min manat məbləğində rüşvət almaqda ittiham olunur. O, sentyabrın 10-da Baş Prokurorluğun əməkdaşları tərəfindfən saxlanıb. Jurnalistlə bərabər vəkil Elçin Sadıqov da saxlanılaraq istintaqa cəlb edilib. İstintaqa görə, R.Məmmədovun ailəsi ilə Ə.Zeynallı arasında əlaqələndirici Elçin Sadıqov olub. Məhkəmənin hökmü ilə hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda adıçəkilən şəxslər Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)  təcridxanasında saxlanılırlar.

***

Rasim Məmmədov məhkəmədə bildirib ki, Əvəz Zeynallı illərdir onu və ailəsini dəfələrlə hədələyib, şantaj edib: “Əvəz jurnalist deyil, cinayətkardır. Neçə illərdir, məni və ailəmi şantaj edərək, pul tələb edir. İndi şükür Allaha, gəlib oturub qonşuluqda, ağlı başına gələr. Mən onunla bağlı rəsmi qaydada şikayət irəli sürürəm”.

Dövlət ittihamçısı Rasim Məmmədovun dediklərinə münasibət bildirərək, bu məlumatlarla bağlı iltizam tətbiq edilməli olduğunu söyləyib: “İttiham olunan şəxs cinayət tərkibi olan məlumatlar verdi. Bunlar aktlaşdırılıb Baş Prokurorluğa göndərilməlidir”.