Ramazan ayının 8-ci gününün duası: İmsak və iftar vaxtı

Sabah Ramazan ayının səkkizinci günüdür.

Globalinfo.az xəbər verir ki, imsak vaxtı 05:21, iftar isə 19:05-ə təyin olunub.

Ramazan ayının 8-ci gününün duası:

“Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin”.

Tərcüməsi:

“İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, camaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzl və bəxşişinə and verirəm, ey arzu edənlərin pənahı!”

Allah orucunuzu qəbul etsin!