Bakıda 90 nömrəli tam orta məktəbdə şagirdin döyülməsi ilə bağlı məlumat yayılıb.
Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, məktəbdən 07.11.2023-cü il tarixində məktəbin 2F sinfinin iki şagirdinin (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) qaçarkən toqquşduğu bildirilib.
Məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib.
Şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb.
Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi barədə rəy verilib.
Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı jurnalist İntiqam Valehoğlu sosial şəbəkə hesabında paylaşıb.
***
Paytaxtın Ramana qəsəbəsində yerləşən 90 nömrəli məktəbdə ikinci sinif şagirdi ağır bədən xasərtləri alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist İntiqam Valehoğlu məlumat yayıb.
Jurnalist bildirir ki, şagirdin necə bu vəziyyətə düşdüyü məlum deyil. Direktor Svetlana Nəbiyeva uşağın valideyni ilə ” anlaşmağa” çalışır.
O qeyd edib ki, şagird saatlarla ağır vəziyyətdə qalsa da, heç kim onu tibb müəssisəsinə aparmayıb. Azyaşlının başqa uşaqlarla toqquşduğu deyilsə də, valideynin bu fikirlə razılaşmadığı bildirilir.
