63b336c4ad83663b336c4ad837167268934863b336c4ad83263b336c4ad834

Dahi bəstəkar Üzeyir Hacıbəyovun Bakı şəhəri Nəsimi rayonunda yerləşən heykəlinin üzərinə yad cisim atılması əks olunan görüntülər yayılıb.

Globalinfo.az-ın APA-ya istinadən xəbərinə görə, görüntülərdən aydın olur ki, hələlik şəxsiyyəti məlum olmayan iki gənc aralarındakı zarafat zamanı biri digərinin ayaqqabısını heykəlin üzərinə atıb.

Məsələ ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, görüntülərlə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.

Paylaş: