Quterreşdən BMT AÇIQLAMASI: “Ciddi islahatlara ehtiyac var”

BMT Baş katibi Antonio Quterreş Cenevrədə İnsan Hüquqları Şurasının 52-ci sessiyasının açılışında çıxış edərkən dünyada baş verən münaqişələrlə bağlı məsələlərə toxunub.

Globalinfo.az xəbər verir ki, Quterreş dünyadakı münaqişələrlə bağlı məsələlərdə BMT Təhlükəsizlik Şurasının işindən narazı olduğunu diqqətə çatdırıb. Birliyin olmamasının təşkilatın nüfuzunu sarsıtdığını deyib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının fəaliyyəti dalana dirənib, sülh və təhlükəsizliklə bağlı mühüm məsələlərdə qərar qəbul edə bilmir. Ona görə də Təhlükəsizlik Şurasında ciddi islahatlara ehtiyacı var.

Qəzza mövzusuna toxunan Quterreş tərəfləri humanitar atəşkəsə və israilli girovların azad edilməsinə çağırıb. O, əlavə edib ki, İsrail ordusunun Rafah şəhərinə hücumu təkcə ora sığınan fələstinli qaçqınlar üçün fəlakətli olmayacaq, bu addım həm də BMT-nin yardım proqramlarına son qoyacaq.

Xatırladaq ki, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəs çağırışına veto qoyub. Bu, Vaşinqtonun sayca üçüncü imtinası kimi tarixə düşüb.

Əliyar Xəlil
Globalinfo.az