trabzonda 400 kisi kuran kursunda duzenlenen torende dagitilan yemekten zehirlenerek hastanelik oldu YsX4

Türkiyənin Trabzon şəhərində Quran kursunda təşkil olunan mərasimdə 400 nəfər yeməkdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. 

Globalinfo.az xəbər verir ki, mərasimdə qonaqlara plov, qurudulmuş ət, ayran və müxtəlif desertlər təqdim olunub.

Yeməklərdən sonra 400 nəfər ürəkbulanma, qusma şikayətlərilə müxtəlif xəstəxanalara müraciət ediblər.

Xəstələr müalicədən sonra evə buraxılıblar, hadisə ilə bağlı araşdırma aparılır.

Paylaş: