Quqlda yalan məlumatlar silinəcək – QƏRAR

Quql axtarış sistemində yalan olduğu sübut edilən bütün məlumatlar silinəcək.

Glob alinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı Lüksemburqda yerləşən Aİ-nin ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsi qərar verib.

“Məlumatın silinməsini tələb edən şəxs onun yalan olduğunu sübut edə bildiyi təqdirdə axtarış sistemi onu ləğv edə bilər”, – deyə qərarda deyilir.