“Qumbara Tərlan” evləndi – FOTOLAR

Vətən müharibəsinin davam etdiyi günlərdən birində bədəncə cılız, lakin aslan ürəkli bu cəsur oğlanı bir anda dünya tanıdı.

Globalinfo.az bizim.media-a istinadən xəbər verir ki, Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı ilə “Qumbara” ləqəbi qazanan Tərlan Həsənovun noyabrın 12-də toyu olub.

Məclisdə çox sayda qazi, Vətən müharibəsi iştirakçıları, eləcə də millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Məclisə qatılanlar gənclərə xeyir-dua verib, Tərlanın qəhrəmanlıqlarla dolu döyüş yolundan bəhs ediblər.

Qeyd edək ki, Tərlan Həsənov döyüş yoldaşlarını xilas etmək üçün özünü qumbaranın üstünə atmış və möcüzə nəticəsində özü də sağ qalmışdı.