65369f391a15965369f391a15a169807852165369f391a15765369f391a158

Qubada mikroavtobusun minik avtomobili ilə toqquşmasi nəticəsində yeddi nəfər yaralanıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

“VAZ 2106” markalı minik avtomobili ilə Quba – Zərdabi marşrutu üzrə işləyən “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir.

Qəzanın başvermə səbəbləri araşdırılır.

65369f392728765369f3927288169807852165369f392728565369f3927286 65369f393095365369f3930954169807852165369f393095165369f3930952

Paylaş: