İki böyük Avropa ölkəsi Rusiya ilə müharibəyə hazırlaşır? – Xəbərdarlıq

“Almaniya və Böyük Britaniya Rusiya ilə hərbi münaqişəyə girməməlidirlər, çünki orduları acınacaqlı vəziyyətdədir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Çikaqo Universitetinin politoloqu Con Mirşeymer deyib.

Onun sözlərinə görə, hər iki ölkə Ukraynaya silah verməklə öz hərbi ehtiyatlarını tükədib.

Bundan əlavə, Britaniya ordusunun sayı qarşıdurmaya girmək üçün çox azdır.

“Alman ordusu ingilislər kimi acınacaqlı vəziyyətdədir. Onların silah ehtiyatları tükənmək üzrədir. Hətta birləşsələr belə, Rusiyaya müqavimət göstərə bilməzlər”, – o vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Avropa Parlamentinin keçmiş üzvü Devid Kempbell Bannerman Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin Britaniyanı Rusiya ilə münaqişəyə sürükləmək niyyətində olduğunu açıqlamışdı. O iddia edib ki, London Britaniya əsgərlərini Rusiya ilə müharibə üçün Ukraynaya göndərə bilər.

Safura Bənnayeva
Globalinfo.az