QHT Agentliyi hansı təşkilatlara 50 min manat vəsait ayıracaq? – VİDEO

AXC TV-nin baş redaktoru, politoloq Niyaməddin Orduxanlının aparıcı olduğu “Həftənin yekunu” proqramının canlı efirinin bu dəfəki qonağı Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü siyasi şərhçi Zaur İbrahimli olub.

Globalinfo.az xəbər verir ki, verlışdə QHT Agentliyinin Nazirlər Kabinetinin qərarı ilə kiçik -15 min manat, orta -30 min manat və böyük qrant müsabiqələrinin şərtləri hansı təşkilatlara ayrılması, Agentlik 2024-cü ildə qrant müsabiqələrinin hansı istiqamətlərinin olmasını nəzərdə tutur və digər məsələlər müzakirə olunub.

Həmin verlişin videosunu təqdim edirik: