QHT Agentliyi 2024-cü ilin qrant layihələrini müzakirə etdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Globalinfo.az xəbər verir ki, iclasda 2024-cü ilin qrant müsabiqələrinə təqdim edilən layihələrlə bağlı vəziyyət müzakirə olunub.

Bildirilib ki, Agentliyə daxil olmuş layihələrin hazırda texniki ekspertizası uğurla davam edir. QHT-lərin bu müsabiqələrə müraciətdə yüksək fəallığı müsbət qiymətləndirilib.

İclasda 2024-cü ildə görüləcək işlər müzakirə edilib, qarşıda duran aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.