1440x810 cmsv2 d5a188da b212 5d6f bb54 020977e0a2f6 8238564

Fransanın paytaxtı Parisdə Qəzzə ilə bağlı danışıqların ikinci raundu başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, Parisdə Misir, Qətər, ABŞ və İsrail nümayəndələrinin iştirakı ilə çoxtərəfli danışıqların ikinci raunduna start verilib.  Tərəflər Qəzza zolağında vəziyyətin nizamlanmasına çalışırlar.

Danışıqların əsas məqsədi Qəzza zolağında atəşkəsə nail olmaq, radikal qruplaşmaların anklavda saxladığı israilli girovları fələstinli məhbuslarla dəyişmək, habelə Qəzza sakinlərinə humanitar yardımın çatdırılması prosesinə dəstəyi təmin etməkdir.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, Fələstinin HƏMAS hərəkatı və İsrail hakimiyyəti atəşkəs əldə etmək və güzəştə getmək niyyətindədir. Lakin buna nail olmaq üçün vaxt məhduddur. Ona görə də, vasitəçilər 2024-cü il martın 11-də başlayacaq müqəddəs Ramazan ayına qədər barışığa nail olmaq istəyirlər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: