Qəzzalılar ayağa qalxdı: HƏMAS-a qarşı aksiya

efa768c0 09b2 11f0 8324 e3ec4a2cb503.jpg

Yüzlərlə fələstinli Qəzzanın şimalında müharibənin sona çatmasını tələb edərək “HƏMAS çıx!” şüarları ilə etirazını bildirib.

Globalinfo.az “Report”a  istinadən xəbər verir ki, bu, 2023-cü il oktyabrın 7-də İsrailə hücumu ilə son müharibəni başladan silahlı qruplaşmaya qarşı nadir ictimai etiraz nümayişidir.

Məlumata görə, Qəzzanın şimali ən çox dağıntıya məruz qalan ərazilərdəndir. Sıx məskunlaşmış ərazidəki binaların əksəriyyəti xarabalığa çevrilib və əhalinin çox hissəsi münaqişədən qaçmaq üçün dəfələrlə köçmək məcburiyyətində qalıb.