“İsrail Qəzzada xəstəxanaya zərbə endirilməsinə görə məsuliyyət daşımır”.
Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmisi Adrienne Uatson X hesabında yazıb.
O bildirib ki, havadan çəkilən görüntülərə əsasən, İsrail xəstəxanaya raket zərbəsi endirməyib.
“Biz informasiya toplamağa davam edərkən, eyni zamanda havadan çəkilən görüntülərin, açıq mənbə məlumatlarının təhlilinə əsaslanan hazırkı qiymətləndirməmiz bundan ibarətdir ki, İsrail dünən Qəzzada xəstəxanada baş verən partlayışa görə məsuliyyət daşımır”.