Qəzzanın cənubundakı türk xəstəxanası hava hücumuna məruz qalıb.
Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Qəzzada yerləşən türk xəstəxanası İsrailin hava hücumuna məruz qalıb. Hücum nəticəsində ölənlər var”, – məlumatda qeyd olunub.