Qəzzada ölənlərin sayı açıqlandı

İsrail və HƏMAS arasında davam edən müharibədə on minlərlə insan həyatını itirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

Qəzza zolağında hərbi əməliyyatların başlamasından indiyədək həlak olan fələstinlilərin sayı 32 minə yaxınlaşır, təxminən 74,2 min nəfər isə yaralanıb.

“Ötən ilin oktyabrından bəri İsrailin Qəzzaya hücumu nəticəsində 31 988 nəfər həyatını itirib. Ən azı 74 188 nəfər yaralanıb”, – məlumatda bildirilib.

Qəzza Səhiyyə Nazirliyi həmçinin son 24 saat ərzində 65 nəfərin öldüyünü, 92 nəfərin isə yaralandığını açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az