HƏMAS Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı gözlənilən razılaşmanın yekun mərhələsinə nail olunduğunu bildirib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə HƏMAS bəyanat yayıb.
“Associated Press“ isə iki rəsmiyə istinadən bildirib ki, HƏMAS Qəzzada atəşkəs və girovlar haqqında saziş layihəsini qəbul edib, İsrail hələ də razılaşmanı müzakirə edir.
Qətər Xarici İşlər Nazirliyi İsrail və HƏMAS-ın Qəzzada atəşkəs razılaşmasına “ən yaxın nöqtədə” olduğunu bəyan edib.