c8c8c3c4 1abf 3e50 9a7d 5e1ee5678dfe 850

İsrail hakimiyyəti və radikal Fələstin “HƏMAS” hərəkatının nümayəndələri atəşkəs və Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı razılıq əldə etməyə yaxındırlar.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Entoni Blinken bildirib.

“Ümid edirəm ki, iqtidardan ayrılana qədər buna nail olacağıq. Ancaq bunu edə bilməsək, prezident Baydenin təklif etdiyi atəşkəs və girov müqaviləsi yeni administrasiyaya təhvil veriləcək. Mən əminəm ki, biz razılığa gələndə bu, prezident Baydenin may ayında dünyaya təqdim edilmiş planına əsaslanacaq”, – deyə o, söyləyib.

Paylaş: