İsrailin hərbi zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 25 min nəfəri ötüb.
Globalinfo.az xəbər verir ki, bunu Fələstinin Səhiyyə Nazirliyi bildirib.
“Ötən il oktyabrın 7-dən İsrailin hərbi əməliyyatları sayəsində ölənlərin sayı 25 105-ə yüksəlib, 62 681 nəfər yaralanıb”, – məlumatda bildirilir.