HEmas 700x403 1

“İsrail Qəzza zolağında bütün tunelləri dəniz suyu ilə doldurmaq planını nəzərdən keçirir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” nəşri yazıb.

Məlumata görə, İsrail Qəzza zolağının altında HƏMAS üzvlərinin gizləndiyi tunellərin dəniz suyu ilə doldurulması üçün böyük nasoslar yığır.

Bildirilir ki, tunelləri məhv etməklə orada gizlənən silahları zərərsizləşdirmək və yaraqlıları sıxışdırmaq planı qurulub.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: