FİFA-dan Qətərin pivə ilə bağlı tələbi barədə QƏRAR

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı ərəfəsində stadionlarında pivə satışı qadağan edilib.

Globalinfo.az bildirir ki, bu barədə FİFA rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, satış xüsusi lisenziya verilmiş məkanlarda və fan zonalarda gerçəkləşəcək. Stadionlarda yalnız spirtsiz pivə satılacaq.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

***14:26

Dünya çempionatının başlamasına iki gün qalmış Qətərin hakim ailəsinin üzvləri FİFA-dan stadionlarda pivə satışını dayandırmağı tələb edib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, qərarın bu gün veriləcəyi gözlənilir.

Azarkeşlər, böyük ehtimalla, heç bir oyunda pivə ala bilməyəcəklər.

Əgər pivə istehsalçısına məhsulunu satmaq və ya onu matçlarda nümayiş etdirmək icazəsi verilməsə, ali futbol qurumu milyon dollarlıq müqaviləni pozacaq.

Hazırda bütün futbol fanatları üçün pivənin sərbəst olacağı yeganə yer Dohadakı fan zonalardır.

Təşkilatçılar stadionlarda pivənin olmaması ilə bağlı FIFA-ya ciddi təzyiq göstəriblər. Bildirib ki, bu, Qətərin hakim ailəsi Əl Taninin təkidi ilə baş verib.

İslamın dövlət dini kimi qəbul edildiyi Qətərdə ictimai yerlərdə spirtli içki qəbul etmək qəti qadağandır. Yalnız Dohadakı bəzi otellərdə buna icazə verilir. Stadionlarda VİP yerlərdə spirtli içkilərin olacağı ehtimal olunur.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.