qaz

Avropa ölkələrində mavi yanacağın qiyməti 2023-cü ilin oktyabrından bəri ən yüksək həddə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Bildirilib ki, hazırda qiymət 1000 kubmetr üçün 540 dollara (təxminən 918 manat – red.) çatıb.

Bahalaşmaya ilk səbəb Rusiyadan Ukrayna vasitəsilə qaz nəqlinin dayandırılmasıdır.

Agentliyin bildirdiyinə görə, qazın qiymətinin bahalaşmasının səbəbləri arasında Norveçdə LNG zavodunun bağlanması da var.

Paylaş: