IMG 20240104 111046 905

Qazaxıstanda kafedə baş verən partlayış nəticəsində uçan binadan daha bir nəfərin meyiti tapılıb.

***

Qazaxıstanın Uralsk şəhərində kafelərdən birində güclü qaz partlayışı baş verib. 

Globalinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Partlayış zamanı kafenin binası uçub

Bildirilib ki, dağıntılar altından 6 nəfər xilas edilib, onlardan 5-i hospitala yerləşdirilib.

Qərbi Qazaxıstan vilayətinin Fövqəladə Hallar Departamentinin məlumatına görə, dağılmış tikililərin altında daha çox insan ola bilər. Hadisə yerində ümumilikdə 110-dan çox insan və 30 texnika işləyir.

IMG 20240104 111037 451 IMG 20240104 111037 485

Paylaş: