Qazaxıstan seçkidən sonra Rusiyadan uzaqlaşacaq? – Tokayev açıqladı

Qazaxıstan özünün geosiyasi vəziyyətini nəzərə alaraq, çoxvektorlu siyasət yürütməlidir.

Globalinfo.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.

“Geosiyasi mövqe nəzərə alınaraq, bizim iqtisadiyyatımıza 500 milyard dollar cəlb olunub. Bizim bazarda dünya şirkətlərinin işlədiyi nəzərə alınarsa, biz çoxvektorlu siyasət yürütməyə sadəcə məcburuq”, – o bildirib.

Qeyd edək ki, seçkidən öncə bir sıra ekspertlər Astananın Rusiyadan bir qədər uzaqlaşacağını bildirmişdilər. Buna əsas səbəb isə son zamanlar ölkələr arasında artan fikir ayrılığı göstərilib. Tokayev həmçinin son zamanlar Türk Dövlətləri Təşkilatları ilə münasibətlərini gücləndirir ki, bu da Moskva ilə münasibətlərdəki gərginliklə paralel formada aparılır.

İlkin
Globalinfo.az