Qatarın altında qalan gənc Vətən müharibəsi qazisidir – FOTO

Dekabrın 8-də saat 07:40 radələrində Sumqayıt-Xırdalan-Bakı elektrik qatarının vurub öldürdüyü gənclə bağlı yeni məlumatlar üzə çıxıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman piyada keçidi üçün qadağan olunmuş yerdən keçərkən qatarın altında qalaraq ölən 2002-ci il təvəllüdlü Əmral Hacıağazadə Vətən müharibəsində iştirak edibmiş. O, döyüşlərdə yaralanıb və müharibədən sonra “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, baş vermiş dəhşətli hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Globalinfo.az
Xəbər Xidməti