Qarlı Qəçrəş meşəsindən FOTOREPORTAJ

Turistlər həm yay aylarında, həm də qışda Qəçrəş meşəsinin mənzərəsini seyr etməkdən zövq alırlar. Qəçrəş kəndi Quba rayon mərkəzindən təxminən 10 kilometr məsafədə yerləşir. Bu kəndin girişindəki meşə zolağı ölkəmizdə məşhurdur.

İstirahət üçün Qəçrəş meşələrinə üz tutan turistlər əsrarəngiz qış mənzərələrini seyr etməklə yanaşı, buradakı otel və restoranların xidmətlərindən də istifadə edirlər. Yerli sakinlər tərəfindən turistlərə atla gəzinti və dadlı göy qutabı da təklif olunur.

Quba–Xınalıq turizm marşrutu üzərində ən çox istirahət mərkəzləri də məhz Qəçrəş kəndi ərazisindədir. Rayon iqtisadiyyatının inkişafında bu mərkəzlərin böyük rolu var. Qəçrəş və ətraf ərazilərdə dincəlmək üçün münasib qiymətə turizm obyekti tapmaq mümkündür.

Globalinfo.az AZƏRTAC-a istinadən Qəçrəş kəndinin qarlı qış mənzərələrini təqdim edir: