Qaradağ ərazisində dəhşətli qəza: Maşın aşdı – VİDEO

Bakı-Qazax avtomobil yolunun 39-cu kilometrliyində, Qaradağ rayon ərazisində dəhşətli qəza baş verib.

Globalinfo.az-ın hadisə yerində olan əmakdaşının verdiyi məlumata görə, iki avtomobil toqquşub.

“Changan” markalı minik avtomobili ilə “Hyundai” markalı yük maşının toqquşması nəticəsində birincisi aşıb.

Qəza nəticəsində minik avtomobilində olan 2 nəfər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə təcili tibbi yardım heyəti və polis əməkdaşları cəlb edilib.

Qəza nəticəsində hər iki istiqamətdə böyük tıxac yaranıb.

Zaira Akifqızı
Globalinfo.az