Qarabağda təyyarələrə yaradılan təhlükə belə neytrallaşdırılıb – Hərbi ekspert açıqladı


Bir müddət öncə separatçılar Qarabağda Azərbaycandan uçan təyyarələrin radiodalğalarını vururdular.

Maraqlıdır, son antiterror əməliyyatından sonra bu təhlükə aradan qaxldımı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev təhlükənin aradan qaldırıldığını bildirib:

“Son antiterror tədbirlərindən sonra Qarabağ ərazisindən Azərbaycanın və xarici şirkətlərin mülkü təyyarələrinə qarşı radioelektron hücumlar həyata keçirən vasitələr tamamilə zərərsizləşdirildi. Mövcud olan silahlar, vasitələr və bütün hərbi təyinatlı avadanlıqlar Azərbaycan tərəfinə təhvil verildi”.

Ədalət Verdiyev Qarabağda separatçıların qalmadığını bildirib:

“Artıq gələcəkdə belə bir radioelektron hücumların həyata keçirilməsi üçün Qarabağda nə heyət mövcuddur, nə də onların əlində belə bir silahlar qalıb. Həm də Qarabağda olan bu cür silahlar Azərbaycanın arsenalındadır. Ona görə də bütün təhlükələr tamamilə aradan qalxıb”.

Zaira Akifqızı
Globalinfo.az