“Qarabağ” darmadağınla qalib gəldi

qarabag qelebe yeni

Azərbaycan Premyer Liqasının XXII turun son günündə “Qarabağ” və “Səbail” komandaları üz-üzə gəlib.

Globalinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada Ağdam təmsilçisi “dənizçilər”i məğlub edib – 5:0.
Ağdam təmsilçisinin əlcəzairli futbolçusu Yassin Benzia 76-cı dəqiqədə penaltidən fərqlənib. 80 və 85-ci dəqiqədə isə portuqaliyalı oyunçu Leandro Andrade dubl edib. Debüt oyununa çıxan Kadi Borges 88-ci dəqiqədə fərqi 4-ə çatdıb.

Matçın 90+4-cü dəqiqəsində Nəriman Axundzadə fərqlənib.

Qeyd edək ki, ilk oyun günündə “Şamaxı” “Sumqayıt”a 1:0, “Sabah” Turan Tovuz”a 2:0 hesabı ilə qalib gəlib. Dünən baş tutan görüşlərdə isə “Araz-Naxçıvan” “Kəpəz”lə heç-heçə edib- 0:0. “Zirə” isə evdə “Neftçi”yə məğlub olub-1:2.